KİV: Kabildə üçüncü partlayış olub

 22:24 26.08.2021     272

Əfqanıstanın Kabil şəhərində bu gün 3-cü partlayış törədilib.

Redaktor.az xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.

“Hürriyyət” qəzetin məlumatına görə, üçüncü partlayışda ölənlər və yaralılar var.

Hər 3 partlayışda ümumi olaraq, 25 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilir.

Kabildə olan ABŞ ordusunun isə 4 hərbçisi ölüb, 3-ü yaralanıb. //APA