İtaliyanın yeni aviaşirkəti bilet satışına başlayıb

 03:17 27.08.2021     66

İtaliyanın “Italia Trasporto Aereo“ (“ITA”) adlanan yeni aviaşirkəti bilet satışına başlayıb.

Redaktor.az xəbər verir ki, şirkətin ilk aviareysi oktyabrın 15-nə planlaşdırılır.

Qeyd edək ki, “ITA” maliyyə və koronavirus böhranı səbəbindən müflis olduğunu açıqlayan İyaliyanın ən böyük hava yolu şirkəti “Alitalia”nın yerini tutacaq.

“Alitalia“ isə oktyabrın 15-də fəaliyyətini tam dayandıracaq. //AZƏRTAC