Ermənistanda zəlzələ olub

Göyçə bölgəsində zəlzələ olub.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Aşağı Qaranlıq şəhərində baş verib. Yeraltı təkan episentrdə Rixter şkalası ilə 4-5 balla qiymətləndirilib. Ətraf ərazilərdə isə 3.3 bal, İrəvanda 2 balla hiss edilib.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə məlumat verilməyib. //Report.az