İtaliyada fövqəladə rejim tətbiq olunub

 15:48 27.08.2021     115

İtaliya hökuməti ölkənin cənub bölgələrinə təsir edən meşə yanğınları ilə əlaqədar fövqəladə rejim tətbiq edib.

Redaktor.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Nazirlər Şurası sədr Mario Draqinin təklifi ilə iyul ayının sonundan Kalabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan etmək qərarına gəlib”, - deyə sənəddə bildirilir.

Əlavə olaraq, “2021-ci il 3 iyul-8 avqust tarixləri arasında meydana gələn meteoroloji hadisələr” səbəbiylə Lombardiyanın üç əyalətində də altı aylıq fövqəladə rejimin tətbiq edildiyi qeyd olunur. Söhbət Komo, Sondrio və Varesedən gedir. //Oxu.az