"Bayraktar" yeni PUA-ları üç gün sonra təqdim edəcək

 17:58 27.08.2021     311

Türkiyənin "Baykar" şirkəti avqustun 29-da "Akıncı" zərbə pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini elan edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə şirkətin "Twitter" səhifəsində yazılıb.

Şirkətin rəhbəri Səlcuk Bayraktarın sözlərinə görə, "Bayraktar Akıncı" zərbə PUA-ları üç gün sonra, avqustun 29-dan Türkiyə səmasını etibarlı şəkildə mühafizə edəcək. //Trend.az