Estoniyada pandemiya qurbanlarının sayı artıb

 17:46 27.08.2021     259

Estoniyada son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 140 min 692-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, pandemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 736 min 244 nəfər müayinə olunub.

Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4 min 433 nəfərdən götürülən testlərin 351-nin nəticəsi müsbət çıxıb.

Ölkədə ümumilikdə COVID-19-dan 1287 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 132 min 957 nəfər təşkil edir. //AzərTac