Çexiyada təyyarə qəzaya uğrayıb, Ölənlər var

 22:56 27.08.2021     158

Çexiyanın qərbindəki Most şəhərində yerləşən Branany aerodromunda kiçik təyyarə qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bunu şəhərin polis idarəsinin sözçüsü Alena Bartoşova jurnalistlərə verdiyi açıqlamada deyib.

Qəza nəticəsində bir yetkin və bir azyaşlı olmaqla iki nəfər həlak olub.

Hazırda yanğınsöndürənlər və həkimlər hadisə yerində işləyirlər. //Report