ABŞ hərbi bazasına raket zərbələri endirilib

İraqın cənubundakı Bəsrə əyalətində yerləşən ABŞ hərbi bazasına raket hücumu həyata keçirilib.
Redaktor.az xəbər verir ki, Küveytlə sərhəddə yerləşən Savfan şəhərindəki ABŞ hərbi bazasına 3 raket atılıb. Raketlədən ikisi hərbi bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.
Ölən və ya xəsarət alanlar barəsində məlumat verilməyib.
Orxan İsmayılov / Redaktor.az