Peruda avtobus qəzası: Ölənlər var

 10:01 28.08.2021     366

Perunun cənubunda avtobusun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, üç nəfər yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Andina informasiya agentliyi yerli polisə istinadən bildirib.

Məlumata əsasən, faciə yerli vaxtla saat 12:30-da Kusko və Apurimak departamentlərinin sərhədində baş verib. Avtobus Avstraliyanın MMG mədən şirkətinin işçilərini daşıyan zaman dərəyə düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən