İraqda ABŞ hərbi bazası raket atəşinə tutuldu

İraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, Küveyt sərhədindəki Savfan şəhərinin Cirişan sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən bazaya 3 raket atılıb.
Raketlərdən 2-si bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.
Hücum nəticəsində hər hansı itkinin olması barədə məlumat verilmir. //Axar.az