Sərnişin gəmisi ilə qayıq toqquşub - Çoxlu sayda ölən var

 11:16 28.08.2021     320

Banqladeşdə sərnişin gəmisi ilə qayığın toqquşması nəticəsində 21 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə paytaxt Dakkadan təxminən 109 kilometr şərqdə, Brahmanbaria bölgəsində qeydə alınıb. Gəmidə 100-dən artıq sərnişin olub, qayıq isə qumla dolu olub.

Ölənlərdən 9-u qadın, 2-si isə uşaqdır.

Orxan İsmayılov / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən