Ermənistanın XİN başçısı Moskvaya gedəcək

 17:44 28.08.2021     307

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya rəsmi səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsində avqustun 31-də Rusiyanin XİN başçısı Sergey Lavrovla görüşəcək.

Görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatın icrası məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin açılması, humanitar məsələlər, habelə ikitərəfli münasibətlər müzakirə mövzusu olacaq. //Report