İranda 614 nəfər koronavirusdan ölüb

 20:48 28.08.2021     89

İranda ötən sutka ərzində 614 nəfər koronavirusdan (COVID-19) ölüb, 26 034 nəfər yoluxub.

Redaktor.az-ın məlumatına görə, İranda bu virusdan ölənlərin sayı 105 901 nəfərə, yoluxanların sayı isə 4 895 448 nəfərə çatıb. Virus daşıyıcılarından 7 845 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 4 117 098 nəfər koronavirusdan sağalıb, 28,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 25,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 18 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 7,56 milyon təşkil edir.