Türkiyə hərbçiləri İraqda terrorçuları məhv edib

 09:25 29.08.2021     169

Türkiyənin silahlı qüvvələrinin xüsusi xidmət orqanları ilə birgə İraqın şimalında keçirdiyi antiterror əməliyyat zamanı PKK-nın 3 silahlısı zərərsizləşdirilib.

Redaktor.az xəbər verir.terrorçular “Pençe-Şimşek” əməliyyat zonasında məhv edilib. Onlar terror təşkilatı üçün məlumat toplayırmış.

Xatırladaq ki, Türkiyə hərbçiləri dünən daha 7 terrorçunu məhv edib.

PKK terror təşkilatı 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyənin təhlükəsizlik orqanlarının 7 500 əməkdaşını və 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatı siyahısına daxil edib. //Report