“Nora” qasırğası Meksikanın Xalisko ştatına çatıb

 07:32 29.08.2021     75

Beş təhlükə kateqoriyasından birinə aid edilən “Nora” qasırğası şənbə günü Meksikanın Xalisko ştatına çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Hazırda siklon Puerto Vallarta şəhərindən 15 km cənub-qərbdə yerləşir. Küləyin sürəti 36 m/s-dir.

Qeyd edək ki, bir gün əvvəl qasırğanın yaxınlaşması ilə əlaqədar Meksika hökuməti əhalini təhlükəsizlik tədbirlərinə riayət etməyə və rəsmi bildirişlərə əməl etməyə çağırıb. //APA