Rusiyada ağır qəza: 4 yaralı, 2 ölü

Rusiyanın Omsk-Tümen magistral yolunun 451 kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, “Scania” markalı yük maşını ilə “Toyota” markalı minik avtomobili toqquşub.
Qəza zamanı 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb, iki nəfər isə hadisə yerində ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //APA