ABŞ-da “Caldor” meşə yanğınları Taho gölünə yaxınlaşır

 10:13 29.08.2021     92

ABŞ-ın Kaliforniya ştatında “Caldor” adı ilə məşhur olan meşə yanğınları istirahət mərkəzinə - Taho gölü ətrafına yaxınlaşır.

Redaktor.az xəbər verir ki, hökumət rəsmiləri yerli sakinləri təxliyə etməyə hazırlayır.
Avqustun 14-dən “Sierra Nevada” dağlıq massivi boyunca davam edən “Caldor” yanğını yüzlərlə evin yanmasına səbəb olub.
Kaliforniya Yanğınsöndürmə idarəsinin nümayəndəsi Steven Horner bildirib ki, şənbə günü günortadan sonra “Caldor” yanğınının 19%-ə qədəri, bir gün əvvəl isə 12%-i məhdudlaşdırılıb. İndiyə qədər, təxminən 603 kvadrat kilometr ərazi yanıb.
“Caldor” hazırda ABŞ-da davam edən yanğınlardan ən böyüyüdür.
Qeyd edək ki, ABŞ-dakı 90 meşə yanğınından 14-ü Kaliforniya ştatında müşahidə edilməkdədir. //APA