Qazaxıstanda koronavirusa daha 5 993 nəfər yoluxub

 13:59 29.08.2021     250

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 993 yoluxma halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 779 927-ə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 118 çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 5 271 nəfər, hazırkı dövrədək isə 662 158 nəfər sağalıb.