Sinqapurda əhalinin 80%-i peyvənd edilib

 21:40 29.08.2021     315

Sinqapurun səhiyyə naziri He Ye Kun ölkədə əhalinin 80%-nin COVID-19-a qarşı peyvənd olunduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə nazir feysbuk hesabında yazıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bir neçə gün əvvəl bildirib ki, gələn ilin ortalarına qədər dünya əhalisinin 70%-nin vaksinasiya olunması qarşıda duran əsas hədəfdir.