Məşhur müğənni evinin qarşısında öldürülüb - SON DƏQİQƏ

 11:35 29.08.2021     420

“Taliban” Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.

Redaktor.az-ın xəbərinə görə, müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.

Müğənni Favad Andarabi mahnılarında “Taliban” Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda “Taliban” liderləri musiqini islama zidd sayırlar. //APA