Rusiyada son sutkada koronavirusdan daha 797 nəfər ölüb

 21:28 29.08.2021     249

Rusiyada son sutka ərzində daha 19 286 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 882 827 nəfərə çatıb.
Son sutka ərzində 797 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 181 637 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.