Hərbi bazaya hava zərbəsi endirilib, Onlarla insan ölüb / Yəmən

Yəmənin cənubundakı Lahc əyalətindəki ən böyük hərbi hava bazası "El Anad"a endirilən hava zərbələri nəticəsində azı 30hərbçi ölüb, 60-dan çox adam yaralanıb.
Redaktor.az xəbər verir ki, hava hücumlarının arxasında husi üsyançılarının dayandığı güman edilir.
"El Anad" bazası ölkənin müvəqqəti paytaxtı hesab edilən Aden liman şəhərindən 60 km şimalda yerləşir.
Yəməndə 2014 -cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.