Kabildə partlayış səsləri eşidilib

Bu gün səhər saatlarında Kabildə bir neçə partlayış səsi eşidilib.
Redaktor.az xəbər verir ki, bu barədə “CNN” telekanalı şahidlərə istinadən məlumat yayıb.
“Kabildə son bir saat ərzində partlayış səsləri eşidilib”, - məlumatda belə deyilir.
Telekanalın canlı yayımında xəbər verən jurnalist ehtimal olunan partlayışların təfərrüatları ilə bağlı hələlik başqa məlumat verməyib.