Cozef Bayden Luiziana ştatını təbii fəlakət zonası elan edib

 10:19 30.08.2021     338

ABŞ Prezidenti Cozef Bayden "İda" qasırğası səbəbindən Luiziana ştatını təbii fəlakət zonası elan edib və zərərçəkənlərə federal yardım barədə göstəriş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ağ Ev xəbər yayıb.

"Bu gün prezident Cozef R. Bayden Luiziana ştatında təbii fəlakət zonası elan edib və 26 avqust 2021-ci ildə başlayan və davam edən "İda" qasırğasından zərər çəkən ərazilərdə əyalət, yerli bərpa əməliyyatlarını tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib", - Ağ Evin açıqlamasında deyilir.

Federal yardım müvəqqəti mənzil və ev təmiri üçün qrantlar da daxil olmaqla, fəlakət bərpasında vətəndaşlara dəstək proqramlarını əhatə edəcək. //Report