Kabil aeroportuna raket atılıb

 11:38 30.08.2021     259

Əfqanıstanda Kabil beynəlxalq hava limanı raket atəşinə tutulub.

Redaktor.az-ın məlumatına görə, hava limanı istiqamətində 5 raket buraxılıb, onlardan biri hədəfə çatıb.

Qeyd olunur ki, digər raketlər hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Zərbə nəticəsində xəsarət alanların olmadığı deyilir, hər hansı bir fəsad barədə məlumat verilməyib. //Trend