Türkiyədə daha 4 terrorçu məhv edilib

 12:05 30.08.2021     248

Türkiyədə daha 4 terrorçu zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Eren-13” əməliyyatları çərçivəsində Şırnak şəhərinin Beytüşşebap rayonunda jandarm qüvvələri tərəfindən əməliyyat təşkil olunub.

PUA-ların da istifadə edildiyi əməliyyat nəticəsində bölücü terror təşkilatının 4 silahlısı məhv edilib.

Bölgədə əməliyyatların davam etdirildiyi vurğulanıb. //APA