Ermənistanda daha 275 nəfər COVID-19-a yoluxub

 12:32 30.08.2021     285

Ötən sutka ərzində Ermənistanda 275 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 241 611 nəfərə çatıb.

Son sutkada bu virusdan daha 7 nəfər ölüb. Ermənistanda koronavirusdan ölənlərin sayı 4 830 nəfərə çatıb.