İranda son sutkada 669 nəfər koronavirusdan ölüb

 14:07 30.08.2021     95

İranda ötən sutka ərzində 669 nəfər koronavirusdan (COVID-19) ölüb.

Redaktor.az-ın məlumatına görə, İranda bu virusdan ölənlərin sayı 107 151 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 33 780 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 4 960 744 nəfərə çatıb.