Şiddətli döyüşlər gedir: "Taliban" ağır zərbələr alıb

 11:31 31.08.2021     329

Əfqanıstanın Pəncşir əyaləti yaxınlığında müqavimət döyüşçüləri ilə “Taliban” arasında növbəti dəfə qarşıdurma yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Hər iki tərəfin itkilər verdiyi bildirilir.

Qeyd edək ki, ötən gün müqavimət qüvvələri ilə toqquşma zamanı “Taliban” 15-ə qədər itki verib. 50 yaralı var. Pəncşir “Taliban”a tabe olmayan tək vilayətdir. Vilayətdəki döyüşçülərə tanınmış komandir Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir. //Metbuat.az