İrəvanda banka silahlı basqın olub

 13:25 31.08.2021     282

Ermənistanın paytaxtı İrəvan şəhərindəki “Yerevan Mall” Ticarət Mərkəzində yerləşən banklardan birinə silahlı basqın olub.

Redaktor.az-ın xəbərinə görə, polis əməkdaşları hadisə yerindədir.

Kriminal “shamshyan.com” saytının yaydığı xəbərə görə isə silahlı naməlum kişi banka daxil olaraq hədə-qorxu yolu ilə 100 milyon dram (200 min dollar) məbləğində pul əldə edib.

Silahlı şəxs ticarət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutulub.

Hadisə yerinə Ermənistan Polisinin rəis müavini Aram Ovannisyan da gəlib.

Faktla bağlı araşdırma aparılır. //APA