Almaniya 40 min əfqan miqrantı qəbul edəcək

 00:42 01.09.2021     160

Almaniya Silahlı Qüvvələri və Xarici işlər Nazirliyi ilə əməkdaşlıq edən yerli əfqanları deyil, eyni zamanda sığınma ehtiyacı olan Əfqanıstan vətəndaşlarını da qəbul edəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel avstriyalı həmkarı Sebastian Kurtz ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Hər zaman demişik ki, təkcə Almaniya ilə əməkdaşlıq edənləri deyil, həm də xüsusi şəkildə Almaniya ilə çalışanları da qəbul etmək istəyirik. Kabil aeroportunda vəziyyətdən xəbərdarıq. Sığınacağa ehtiyacı olanları qəbul etmişik”, - deyə Merkel bildirib.

Kansler əlavə edib ki, ölkəsi Əfqanıstandan 40 min miqrantı təxliyə etmək niyyətindədir. //Axar.az