ABŞ hərbçiləri xidməti itləri Kabildə saxlayıb

ABŞ-ın heyvanların hüquqlarını müdafiə edən “American Humane” qeyri-kommersiya təşkilatı Əfqanıstandan təxliyə zamanı xidməti itləri çıxarmadığına görə ölkə rəsmilərini tənqid edib.
Redaktor.az xəbər verir ki, təşkilatın rəhbəri həmin canlıları ölüm gözlədiyini bildirib.
“Amerika hökumətinin Kabulu tərk etməsi və ABŞ ordusunda xidmət edən cəsur itləri orada tərk etməsi xəbərləri məni şoka saldı, onları orada düşmənlərimizin əlində işgəncə və ölüm gözləyir”, - deyə təşkilat rəhbəri Robin Hansert qeyd edib.
Xatırladaq ki, Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını və 20 illik missiyanın bitdiyini açıqlayıb. Xarici missiyalarda çalışan əcnəbilərin və əfqanların təxliyəsinin aparıldığı Kabil hava limanı “Taliban”ın nəzarətinə keçib. “Taliban” sözçüsü Zabiullah Mücahid ABŞ-ın Əfqanıstanda məğlub olduğunu və məqsədlərinə çata bilmədiyini deyib. //APA