Egey dənizində Türkiyə 166 miqrantı xilas edib

 09:54 01.09.2021     234

Türkiyənin İzmir şəhəri sahillərində 166 miqrantın həyatı xilas edilib.

Redaktor.az xəbər verir ki, Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sahillərinə doğru hərəkətə məcbur edilmiş rezin qayıqlardakı 166 miqrant sahilə çıxarılıb.

Bildirilib ki, İzmirin Seferhisar, Dikili və Çeşme bölgələrinin sahil-mühafizə xidməti tərəfindən xilas edilmiş miqrantlara ilkin zəruri yardım göstərilib.

Miqrantlar daha sonra hüquqi prosedurların həyata keçirilməsi üçün miqrasiya idarəsinə aparılıb. //Report