Koronavirusla bağlı SON STATİSTİKA

 10:07 01.09.2021     329

Dünyada 218 557 003 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, virusdan 4 533 955 xəstə ölüb, 195 392 809 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (40 114 099 nəfər), Hindistan (32 810 892 nəfər), Braziliya (20 777 867 nəfər), Rusiya (6 918 965 nəfər) və Böyük Britaniyadır (6 789 581 nəfər).

Türkiyədə 6 388 331, İranda 4 992 063, Gürcüstanda 549 811, Ermənistanda isə 242 135 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (183 224 nəfər), İran (107 794 nəfər) və Türkiyədə (56 710 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 424 891 nəfərin 5 636-sı ölüb, 366 126 xəstə sağalıb.