Gürcüstanda əhaliyə xəbərdarlıq edildi

 12:59 01.09.2021     820

Gürcüstanda hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu əsaslı şəkildə enəcək, bölgələrdə güclü yağış yağacaq, dolu düşəcək.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar Gürcüstanın Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edib.

Bildirilir ki, sentyabrın 2-dən başlayaraq yaxın iki gün ərzində ölkə ərazisində leysan yağacaq, dolu düşəcək, güclü külək əsəcək.

Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi qalxacaq, torpaq sürüşməsi təhlükəsi yaranacaq.

Bildirilir ki, Qara dəniz sahillərində də 4-5 ballıq qasırğa gözlənilir.

Agentlik yerli əhaliyə və xarici turistlərə dənizdən kənarda qalmağı və mümkün qədər dağlara getməməyi tövsiyə edir.