Türkiyə ordusu daha 4 terrorçunu məhv etdi

 14:12 01.09.2021     2177

Suriyanın şimalında daha 4 PKK/YPG terrorçusu məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki dinclik və güvən şəraitini pozmasına icazə vermədik və verməyəcəyik”, - məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən