SON DƏQİQƏ: Türkiyədə AKP və Ərdoğan gedir? - BAXÇALI AÇIQLADI VƏ...

 19:11 01.09.2021     1903

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı növbəti seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə əməkdaşlıq, həmçinin 10 faizlik səs səddinin 7 faizə endirilməsi ilə bağlı vacib açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, Dövlət Baxçalı səs səddinin 5 faizə endirilməsi ilə bağlı müzakirələrin yersiz olduğunu bildirib. O qeyd edib ki, Cumhur İttifaqı (AKP-MHP) bu rəqəmin 7 faiz olması ilə bağlı razılığa gəlib.

"Hörmətli prezidentimiz Bosniyaa-Herseqovina və Monteneqroya səfərindən sonra təyyarədə mətbuat mənsublarına açıq şəkildə bildirdi ki, səs səddi 7 faiz olacaq. Hesab edirəm ki, bu açıqlama ilə məsələyə nöqtə qoyuldu".

Dövlət Baxçalı növbəti seçkidə AKP ilə əməkdaşlığın - Cumhur İttifaqının davam edəcəyinin də anonsunu verib.

Bu açıqlamadan sonra bir çox sisyasi ekspertlər hesab edir ki, AKP növbəti seçkilərdə də Türkiyə Böyük Millət Məclisində çoxluq əldə edəcək.

Oral Mədənçi / Redaktor.az