Ermənistanın müharibədəki itkilərinin sayı artıb

Сəbrayılda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 2 hərbi qulluqçusunun meyitinin qalıqları tapılıb.
Redaktor.az xəbər verir ki əsgərlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sona məlum olacaq.
Bununla da Azərbaycan ərazisində qalıqları tapılan erməni hərbçilərin ümumi sayı 1 654 nəfərə çatıb. Qeyd edək ki, bu rəqəm itkin hesab edilən erməni hərbçilərin sayıdır. //Report