Çanaqqalada güclü meşə yanğını baş verib

Türkiyənin Çanaqqala vilayətinin Bayramiç rayonunda yerləşən məşəlik ərazidə güclü yanğın baş verib.
Redaktor.az xəbər verir ki, rayon mərkəzindən 15 kilometr uzaqlıqda çıxan yanğının yaşayış ərazilərinə yayılmaması üçün ölkənin bütün imkanları səfərbər edilib. Yanğının söndürülməsinə bir təyyarə, altı helikopter, 30-dan artıq yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub. //AzərTac