ABŞ-da məktəbdə atışma olub

 03:17 02.09.2021     291

ABŞ-ın Uinston-Salem şəhərində (Şimali Karolina ştatı) məktəbdə atışma baş verib,

Redaktor.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar.

Bu barədə yerli polisin mətbuat xidməti öz "Twitter" səhifəsində bildirib.

Qeyd olunub ki, atışma zamanı bir şagird yaralanıb, digər şagirdlərin həyatı təhlükədə deyil. //Trend