Bayden və Zelenski arasındakı danışıqlar iki saatdan çox davam edib

ABŞ Prezidentləri Co Baydenlə ukraynalı həmkarı Vladimir Zelinski arasında Ağ Evdə keçirilən görüş iki saatdan çox davam edib.
Redaktor.az xəbər verir ki, müzakirələr mətbuata yekun bəyanat verilmədən başa çatıb. Ukrayna lideri görüşdən dərhal sonra Ağ Evi tərk edib.
Qeyd edək ki, Baydenlə təkbətək danışıqlardan əvvəl Zelinski jurnalistlərə narahatlığını dilə gətirərək bildirib ki, istədikləri bütün problemləri müzakirə etməyə vaxt tapmayacaqlar. //APA