Zelenski milyarderlərlə görüşəcək

 10:30 02.09.2021     532

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri çərçivəsində Kaliforniya ştatına gedib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, burada Vladimir Zelenskinin “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskla görüşü planlaşdırılıb.

Məlumata görə, Ukrayna Prezidenti həmçinin “Amazon”un sahibi Ceff Bezos və “Apple” şirkətinin rəhbəri Tim Kukla görüşəcək.