NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi təyin olundu

 12:51 02.09.2021     84

İspaniyalı diplomat Xavyer Kolomina NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın NATO-dakı nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.

X.Kolomina eyni zamanda, NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini vəzifəsini daşıyacaq.

O, bu postda Ceyms Appaturayı əvəzləyib.