Ermənistanda ağır yol qəzası - 25 nəfər yaralandı

 13:56 02.09.2021     294

Ermənistanın Ararat vilayətində ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Shamshyan” kriminal xəbərlər portalı yayıb.

Məlumata əsasən, qəza səhər saatlarında Büravan-Mxçyan yolunda baş verib. Bildirilir ki, 62 yaşlı S.Qriqoryanın idarə etdiyi avtobus yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə isə 25 nəfər xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən