ABŞ-da təyyarə binanın üzərinə düşüb

 19:11 02.09.2021     279

ABŞ-ın Konnektikut ştatının Farminqton şəhərində kiçik bir təyyarə binanın üzərinə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, təyyarə sənaye dəzgahları istehsal edən bir şirkətin qərargahın üstünə düşüb. Bina Robertson aerodromundan bir yarım kilometr aralıda yerləşir.

Hadisə yerində yanğınsöndürənlər işləyir. //Report