Gəncədə güclü külək fəsadlar törədib - FOTO

 20:55 02.09.2021     100

Gəncədə güclü külək əsir, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Redaktor.az-ın məlumatına görə, axşam saatlarından güclü külək əsməyə başlayıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi fərdi evlərin dam örtüyü qismən dağılıb, pəncərələri sınıb.

Güclü külək şəhərdə havanın tozlanmasına da səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində də qismən çətinlik yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir. //Report

2