"Çin bizim əsas tərəfdaşımızdır" - Taliban

 09:03 03.09.2021     302

Taliban Çinə əsas beynəlxalq tərəfdaş kimi baxır.

Redaktor.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

"Çin bizim əsas tərəfdaşımızdır, bizim üçün əsas və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır", - Mücahid italyan "La Repubblica" qazetinə müsahibəsində deyib.

Mücahid Pekin tərəfindən həyata keçirilən "qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcək" proqramı yüksək qiymətləndirib.

O, həmçinin Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Zabiullah Mücahid vurğulayıb: "Çin bizim dünya bazarlarına buraxılış vəsiqəmizdir".

Vumart və Güvən reklamı Vumart Güvən