Rusiya və Ermənistan generalları görüşdü

 11:57 03.09.2021     780

Rusiya və Ermənistan generalları arasında görüş keçirilib.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-mayor Valeri Jilanın başçılıq etdiyi nümayəndə heyəti İrəvanda müdafiə naziri, general-leytenant Arşak Karapetyanla görüşüb.

Generallar görüşdə iki ölkə arasında hərbi əməkdaşlığı və islahat proqramını müzakirə ediblər.