“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirib

 21:06 03.09.2021     1015

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” döyüşçüləri cümə günü Pəncşir əyalətinin ən böyük bölgəsini ələ keçirdiklərini bildiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi özünün “Twitter” səhifəsində məlumat verib.

"Son xəbərlərə görə, Pəncşirin ən böyük bölgəsi olan Priyan tamamilə mücahidlərin əlinə keçib. Priyan Şotuldan sonra mücahidlərin əlinə keçən ikinci bölgədir", Kərimi yazıb.

“Taliban” nümayəndəsi əlavə edib ki, toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli maşınlar və digər hərbi texnikalar qənimət kimi götürülüb: “Düşmənin əhval-ruhiyyəsi aşağıdır, əməliyyatlar sürətlə gedir”. //APA