SON DƏQİQƏ: Kraliça üçün bir əsr sona çatır - DƏFNİNƏ HAZIRLIQ BAŞLADI

 21:20 03.09.2021     1039

Böyük Britaniya hökumətinin Kraliça II Yelizavetanın ölümündən dərhal sonra nə edəcəyinə dair planları mətbuata sızıb.

Redaktor.az xəbər verir ki, "London körpüsü əməliyyatı" kod adı verilən plana Kraliça ilə vida və dəfn mərasimi daxildir.

Planda təhlükəsizlik tədbirləri ilə yanaşı sosial medianın da məhdudlaşdırılması nəzərdə tutulur.

Baş nazirə Kraliçanın ölümü bir məmur tərəfindən "London körpüsü dağıldı" şifrəli məktubla bildiriləcək. Vətəndaşlara isə xəbər rəsmi dövlət agentliyindən açıqlanacaq. 

II Yelizavetanın tabutu hərbi mərasimlə Bukingem sarayından Vestminster sarayına gətiriləcək. Burada insanlar katafalka qoyulan tabutu gündə 23 saat olmaqla 3 gün ziyarət edəcəklər.

Kral ailəsinin veb saytı, Kraliçanın ölümünü təsdiqləyən qısa bir açıqlama ilə qara rəngdə olacaq.

Rəsmi vida mərasimi Kraliçanın ölümündən 10 gün sonra baş tutacaq və milli matəm günü elan ediləcək.

İngilis mətbuatı planı 95 yaşlı Kraliça II Yelizavetanın sağlamlığının pisləşməsinin əlaməti olaraq dəyərləndirib.

Oral Mədənçi / Redaktor.az

 

22